Mustada Dənizlinin qovduğu futbolçu Kiprdə dubl etdi

Mustada Dənizlinin qovduğu futbolçu Kiprdə dubl etdi
"Xəzər Lənkəran"ı tərk edən Edu Oriol Cənubi Kipr klubuna keçib. Fanat.az xəbər verir ki, ispan futbolçu AEL klubu ilə müqavilə bağlayıb.
Mustafa Dənizlinin "Xəzər Lənkəran"da görmək istəmədiyi Edu artıq Cənubi Kiprdə debüt edib. Yanvarın 19-da "Omoniya" ilə baş tutan çempionat oyununun son saniyələrində meydana daxil olan ispan futbolçu 3 gün sonra APOEL-lə kubok matçının 48-ci dəqiqəsində oyuna qoşulub. Edu iki gün öncə AEK-lə səfərdə keçirilən çempionat matçının start heyətində alıb və 69-cu dəqiqədə əvəzlənib. Oyun onun üçün uğurlu alınıb. Belə ki, 17-54-cü dəqiqələrdə iki qol vuran Oriol AEL-ə 2:1 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, "Xəzər Lənkəran"a yayda gələn 27 yaşlı yarımmüdafiəçi 6 çempionat (200 dəqiqə), 1 kubok (20 dəqiqə) və bir Superkubok (10 dəqiqə) matçına çıxıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər