Müsəlman futbolçu təhqir olundu

Müsəlman futbolçu təhqir olundu

"Stoke Siti"nin müsəlman futbolçusu təhqirə məruz qalıb.

ANS PRESS-in məlumatına görə, Kenueyn Consun dolabına kəsilmiş donuz başı qoyulub. Bu addım İngiltərəni ayağa qaldırıb.

Klub açıqlamasında bu işdə məsul olanların tapılaraq cəzalandırılcağını açıqlayıb. Menecer Toni Pulis açıqlamasında "komada daxilində yaxşı münasibətlərimiz var. Özəlliklə 4-5 oyunçu arasında zarafatlaşma olur. Amma bu səhər baş verənlər haqqında heç bir məlumatım yoxdur. Bunu müzakirə edəcəyik", deyə bildirib.

Futbolçunun sevgilisi də bu hərəkətdən yaman əsəbiləşib. Kenueyn Consun sevgilisi sosial şəbəkədə etirazını belə bildirib. "Bizim dini inancımıza görə donuz başı qoymaq böyük hörmətsizlikdir. Bunun harasının gülməli olduğunu anlamıram".

Qaynar.info

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər