“Müqavilədə dişləmək haqda bənd yoxdu”

“Müqavilədə dişləmək haqda bənd yoxdu”

"Barselona"nın prezidenti Josep Bartomeu Luis Suaresin cəzası haqqında danışıb. Fanat.az xəbər verir ki, jurnalistlərə açıqlamasında klub rəhbəri futbolçunun müqaviləsində dişləmək barədə bəndin olmadığını vurğulayıb: 

"Suaresin müqaviləsində dişləmə bəndi yoxdu. Olsaydı da, biz bunu söyləməzdik. Lakin həqiqət ondan ibarətdi ki, belə bir bənd yoxdu. Məlum hadisədən sonra onu transfer etmək fikrimizi dəyişməmişdik. O, səhv etdiyini bilirdi və üzr istədi. Bu, bizim üçün çox vacibdi. Yenidən kimisə dişləsə, "Barselona" nə edəcək? Nələrin olub-olmayacağını əvvəlcədən təxmin etmək imkansızdı. Ancaq biz məsuliyyəti üzərimizə götürdük və Suaresi futbol ailəsinə dəvət etdik".

 

Qeyd edək ki, Luis Suares DÇ-2014-də İtaliya ilə oyun zamanı rəqib futbolçu Corco Kyellinini dişlədiyi üçün uzun müddətə diskvalifikasiyaya məruz qalıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər