Mudrik tarixin ən bahalı qış transferləri arasında "5-lik"də - SİYAHI

Mudrik tarixin ən bahalı qış transferləri arasında "5-lik"də - SİYAHI

Ukraynalı futbolçu Mixail Mudrikin Donetsk "Şaxtyor"undan "Çelsi"yə keçidi futbol tarixinin qış transfer pəncərəsində həyata keçirilən ən bahalı transferləri arasında ilk "5-liy"ə düşüb.

Fanat.Az-ın hesablamalarına görə, "zadəganlar"ın 70 milyon avroya heyətə qatdığı Mudrik ("Şaxtyor" müxtəlif bonuslar şəklində daha 30 milyon avro qazana bilər) siyahıda 4-cüdür.

İlk "5-lik" isə belədir:

Filippe Kotinyo ("Liverpul"dan "Barselona"ya, 135 milyon avro); Vircil van Deyk ("Sauthempton"dan "Liverpul"a, 84,7 milyon avro); Duşan Vlahoviç ("Fiorentina"dan "Yuventus"a, 81,6 milyon avro); Mixail Mudrik (Donetsk "Şaxtyor"dan "Çelsi"yə, 70 milyon avro); Emerik Laport (Bilbao "Atletik"indən "Mançester Siti"yə, 65 milyon avro).

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər