"Mudrik indi də önəmli futbolçudur, amma..." - Maurisio Poçettino

"Mudrik indi də önəmli futbolçudur, amma..." - Maurisio Poçettino

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino komandanın ukraynalı vingeri Mixail Mudrikdən danışıb.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun dediklərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"İnanın, Mudrik bizim üçün çox vacib oyunçu olacaq. Ona bir qədər vaxt verin. O, indi də önəmli futbolçudur, amma daha artığına qadirdir. Mixailin potensialı çox böyükdür. Biz onun inkişaf səviyyəsindən razıyıq".

Qeyd edək ki, cari mövsüm "zadəganlar"ın forması ilə bütün turnirlərdə 17 matça çıxan Mudrik 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər