"Ömrümün sonuna bir il, bəlkə daha az qalıb" - İngiltərə millisinin sabiq çalışdırıcısı 

"Ömrümün sonuna bir il, bəlkə daha az qalıb" - İngiltərə millisinin sabiq çalışdırıcısı 

İngiltərə milli komandasının sabiq baş məşqçisi Sven-Yoran Eriksson sağalmaz xəstəliyə düçar olub. 

Fanat.Az xəbər verir ki, isveçli mütəxəssisə xərçəng diaqnozu qoyulub.

Bu barədə 75 yaşlı çalışdırıcı İsveç Radiosu "P1"-ə danışıb: 

"Mənim pis xəstəliyim var. Çox ağrım yoxdur. Amma xərçəng diaqnozu qoyulub. Ömrüün sonuna ən yaxşı halda, bir il qalıb, bəlkə daha az. Amma bacardığım qədər mübarizə aparmalıyam. Bədbəxt insan olduğumu düşünə-düşünə ölümümü gözləmək niyyətində deyiləm. Çünki bu xəstəlikdən ölən nə birinci adam olacağam, nə də sonuncu".

2006-cı ildə, beş il çalışdırdığı İngiltərə millisindən istefa verən Eriksson səhhətindəki problemlərə görə 11 ay əvvəl İsveçin "Karlstad" klubunun idman direktoru vəzifəsindən ayrılıb.

O, "Höteborq", "Benfika", "Roma", "Fiorentina", "Sampdoriya", "Latsio", "Mançester Siti", "Lester" klublarını, həmçinin, Meksika, Fil Dişi Sahili və Filippin millilərini çalışdırıb. "Höteborq"la 1982-ci ildə sensasiyalı şəkildə UEFA Kubokunu qazanıb, "Benfika" ilə üç dəfə Portuqaliya çempionu olub. O, “Roma”, eləcə də “Sampdoriya” ilə İtaliya kubokunu qazanıb, “Latsio” ilə 2000-ci ildə İtaliya çempionu qalibi olub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər