Moyze Kin "Yuventus"a geri döndü

Moyze Kin "Yuventus"a geri döndü

"Yuventus"un sabiq futbolçusu Moyze Kin (Moise Kean) kluba geri dönub.

Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.

İtalyalı hücumçu 2023-cü ilə qədər "Yuventus"da icarə əsasında çıxış edəcək. Keçid üçün "Qoca senyora" "Everton"a 7 milyon avro ödəyib.

Müqavilənin şərtinə görə, icarə müddəti başa çatdıqda "Yuventus" 28 milyon avroya futbolçunu almalı olacaq. Bu məbləğ "Everton"a 3 il ərzində ödənəcək.

Xatırladaq ki, Kin ötən mövsüm icarə əsasında PSJ-də çıxış edib. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər