"Yuventus" heyətini yeni hücumçu ilə gücləndirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Tvitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, "qoca sinyora" "Everton"dan icarəyə götürdüyü Moyze Kinlə vidalaşacağı halda, "Bolonya"nın 33 yaşlı forvardı Marko Arnautoviçi rənglərinə bağlamaq üçün hərəkətə keçəcək.
Qeyd edək ki, Arnautoviç ötən ilin yayından "Bolonya"dadır.
Nihat