"Roma"nın baş məşqçisi Joze Mourinyu "Yuventus"a 15 xalın qaytarılmasını şərh edib.
Fanat.Az xəbər verir ki, "Football-italia"ya danışan portuqaliyalı mütəxəssis məsələyə, turinlilərə atmaca ataraq reaksiya bildirib:
"Yuventus" həmin 15 xalı dünən yox, çoxdan geri qaytarıb. Onlar bunu üç ay əvvəldən ediblər. Mən dörd gün yox, dörd ildir İtaliyadayam”.
Qeyd edək ki, məhkəmə “Qoca sinyora”nın işinə yenidən baxacaq, 15 xalın qaytarılması ilə bağlı son qərarın müvəqqəti tədbir olduğu açıqlanıb.
“Roma” və "Yuventus" Avropa Liqasının yarımfinalına yüksəliblər. İtaliya təmsilçiləri turnirin finalında qarşılaşa bilərlər.
Mirağa