Joze Mourinyu İtaliya A Seriyasında qalmaqalla diqqət çəkməyə davam edir.
Fanat.Az xəbər verir ki, "La Stampa" qəzeti "Roma"nın baş məşqçisinin üç oyunluq cəzalanacağını iddia edib.
"Verona" ilə matçda (2:2) hakim tərəfindən qırmızı vərəqə göstərilərək tribunaya göndərilən portuqaliyalı mütəxəssisin referi Luka Payrettayla mübahisəsinin detalları üzə çıxıb. Mourinyu ona "telefon zəngi" jesti edərək belə deyib: “Səni bura bilərəkdən göndəriblər, “Yuventus” göndərib".
Jose Mourinho has been sent off for Roma again this season! ? He's lost his cool in stoppage time! pic.twitter.com/WAH20txnQd
— Football on BT Sport (@btsportfootball) February 19, 2022
Turin qəzeti yazır ki, Payrettonun qardaşı Alberto səkkiz il “Yuventus”da çalışıb. O, stadion gəlirlərinin hesabdarı olub. Onların atası Pyerluici isə "Kalçapoli qalmaqalı"ndan sonra məhkum edilmiş keçmiş hakimdir.
Hazırda “Milan” 56 xalla A Seriyasında birinci yerdədir və “İnter”i iki, “Napoli”ni üç xal qabaqlayır. “Yuventus”, “Atalanta”, “Latsio”, “Fiorentina” və “Roma” isə hazırda Çempionlar Liqasına gedən dördüncü yer uğrunda mübarizə aparır.
Mirağa