Yayda Fransaya üz tutacağı bildirilən "Roma"nın baş məşqçisi Joze Mourinyu PSJ rəhbərliyinə komandanı gücləndirmək üçün transfer hədəfini açıqlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Santi Auna yayıb.
Mənbənin məlumatına görə, portuqaliyalı mütəxəssis PSJ-dən “Fiorentina”dan yarımmüdafiəçi Sofian Amrabatın transferini istəyib.
Problem odur ki, Amrabat "Barselona"ya keçməkdə qərarlıdır. Eyni zamanda, Kataloniya klubunun hələlik bu transfer üçün vəsaiti yoxdur.
Qeyd edək ki, PSJ mövsümün sonunda baş məşqçi postundan qovulacağı ehtimal olunan Kristof Qaltyeni əvəz edəcək prioritet namizədlə bağlı hələ yekun qərar verməyib. Bununla belə, Mourinyunun əsas seçim olduğu bildirilir.
Mirağa