"Roma"nın baş məşqçisi Joze Mourinyu klubun növbəti transfer hədəfini açıqlayıb.
Fanat.Az xəbər verir ki, informasiya "Tutto Mercato Web" saytına məxsusdur.
Mənbənin məlumatına görə, portuqaliyalı mütəxəssis klub rəhbərliyindən PSJ-nin yarımmüdafiəçisi Corcinyo Veynaldumu icarəyə götürməsini tələb edib.
Niderlandlı futbolçu keçən mövsüm bütün turnirlərdə 38 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə verib.
Emin