Mourinyonun transfer siyahısı açıqlandı - kimlər var?

Mourinyonun transfer siyahısı açıqlandı - kimlər var?
"Mançester Yunayted"i gələn mövsüm Joze Mourinyo çalışdıracaq. İngiltərə mətbuatının məlumatına görə, "qırmızı şeytanlar" portuqaliyalı mütəxəssislə 3 illik anlaşma əldə edib. Hətta baş məşqçi üçün 380 milyon avroluq transfer büdcəsi də ayrılıb.
Fanat.az xəbər verir ki, Mourinyonun artıq transfer siyahısını hazırladığı da bildirilir. Həmin siyahını təqdim edirik.
Qaret Beyl: Təkcə Mourinyo deyil, Luis van Qaal da onun transferini çox istəmişdi. Uelsli ulduzun "Real"ın prezidenti Florentino Pereslə problemlərinin olduğu bilirilirdi. Mourinyonun onun üçün 140 milyon avro xərclənməsinə belə razıdı.
Kriştiano Ronaldo: Onun həm Mourinyo, həm də "Mançester Yunayed" üçün nə qədər önəmli olduğu heç kimə sirr deyil. Portuqaliyalı ulduz bundan əvvəl bir gün "Mançester Yunayed"ə dönmək istədiyini dilə gətirib. Amma son dövlər Amerika qitəsi barədə də xoş sözlər deyir. Bir şey dəqiqdi ki, Ronaldo "Real"dan ayrılsa bir çox ulduzlar kimi MLS liqasına yox, Mançesterə üz tutacaq. Elə bu səbəbdən də Mourinyonun siyahısında yer alıb.
Edinson Kavani: Mourinyo PSJ-dən ayrılmaq istədiyini dilə gətirən Kavaninin adını öz siyahısına salıb.
Neymar: Son dövrlər "Real" və "Mançester Siti"nin transfer siyahısında olan "Barselona"nın ulduzunu "Mançester Yunayed"in də istədiyi bildirilir. Həmçinin Mourinyonun da siyahısına özünə yer edib. 
Tomas Müller: "Bavariya"dakı performansı ilə özündən söz etdrən Müller portuqaliyalının istədiyi ulduzlardan biridi.
Paul Poqba: "Yuventus" onu satmayacağını deyir. Futbolçu özü də Turində qalacağını bildirir. Hətta yayda Poqbanın "Real" və ya "Barselona"ya keçəcəyi deyilirdi. İndi isə Mourinyonun maraq dairəsinə düşüb. Bu transfer üçün ən azı 100 milyon avro xərclənməlidi.
Con Stones: Yayda Mourinyo onu "Çelsi"yə aparmaq istəsə də, arzusu həyata keçməmişdi. Həmçinin "Mançester Siti" də 21 yaşlı stoperin xidmətində maraqlı idi. Amma heç biri "Everton"un israrını qəra bilməmişdi. Mourinyo bu dəfə "Mançester Yunayed"in baş məşqçisi kimi bəxtini sınayacaq.
Rafael Varane: "Real" onu Fransanın 2-ci liqasından (Lans) tapıb 10 milyon avro verəndə çoxları təəccüblənmişdi. Düzdü, ilk mövsümdən fərqli olaraq indi o qədər də yaxşı oyun sərgiləmir. Amma Mourinyo onu yeni komandasının müdafiə xəttində görmək istəyir
Serxio Ramos: Portuqaliyalı mütəxəssis "Real"da rəhbərliyi altında oynamış Ramosu da öz siyahısına salıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər