Joze Mourinyonun gəlişindən sonra "Mançester Yunayted” ilk transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, "qırmızı-şeytanlar" "Vilyarreal”ın müdafiəçisi Erik Beyllini heyətə qatıblar.
Bunun üçün İngiltərə təmsilçisi İspaniya klubuna 30 milyon funt-sterlinq ödəyib. Hələlik müqavilənin digər detalları açıqlanmayıb.
Qeyd edək ki, 22 yaşlı oyunçu Fil Dişi Sahili millisinin üzvüdü.
Fanat.az