Joze Mourinyo 2017-ci il üçün transfer planları qurmağa başlayıb. Fanat.Az xəbər verir ki, "Mançester Yunayted"in yeni ildə komandasına gətirmək istəldiyi ilk futbolçunun kimliyi açıqlanıb.
İddiaya görə, Mourinyo Antoine Qrizmanın transferini istəyib. Klub rəhbərliyi fransalı futbolçunu ya yanvarda, ya da yayda transfer etməyə çalışacaq.
Qeyd edək ki, "Atletiko" Antoine Qrizmanı 2014-cü ildə "Real Sosyedad"dan 30 milyon avroya transfer edib. Hazırda "Transfermarkt" ona 80 milyon avro qiymət qoyub. O, ötən mövsüm meydana çıxdığı 54 rəsmi matçda 32 qol vurub.
Fanat.Az