"Mançester Yunayted"in transfer etmək niyyətində olduğu futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Joze Mouryinou Paul Poqbanı komandada görmək istəyir.
Mançester təmsilçisi bu transfer üçün böyük məbləğdən keçməyə hazırdı. İddialara görə, "Mançester Yunayted" Poqba üçün "Yuventus"a 60 milyon funt-sterlinq təklif edir.
Qeyd edək ki, Poqba "Mançester Yunayted"in yetirməsidi. 2009-2012-ci illərdə komandanın formasını geyinən və 2011/12 mövsümündə əsas heyətə cəlb olunan fransız yarımmüdafiəçi 2012-ci ildə transfer haqqı ödənmədən "Yuventus"a keçib. "Transfermarkt"ın 65 milyon avro qiymət qoyduğu 23 yaşlı ulduz başa çatan mövsümdə oynadığı 49 oyunda 10 qol vurub.
Fanat.az