Mourinyodan 60 milyon avroluq transfer

Mourinyodan 60 milyon avroluq transfer
Zlatan İbrahimoviç, Henrix Mkıtıryan və Erik Bayllini "Mançester Yunayted"ə gətirən Joze Mourinyonun istədiyi digər ulduzun kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Ceyms Rodrigesi komandasında görmək istəyir.
İddialara görə, "Mançester Yunayted" kolumbiyalı ulduz üçün "Real"a 60 milyon avro təklif edir. Rodriges özü də İngiltərədə oynamağa razıdı. 
İndi yalnız "Real"ın razılıq verməsi qalır. Madrid klubunun isə bu futbolçuya görə 80 milyon istədiyi deyilir.
Qeyd edək ki, "Real" Rodrigesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 70 milyon avro qiymət qoyub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər