Yeni mövsümdə "Mançester Yunayted"i çalışdıracaq Joze Mourinyonun transfer siyahısı yavaş-yavaş üzə çıxır. Fanat.az xəbər verir ki, İngiltərə mediası portuqaliyalı mütəxəssisin müdafiə xəttinə 5 futbolçu istədiyini iddia edib.
Deyilənə görə, Mourinyo "Everton"dan Con Stones, "Barselona"dan Mark Bartra, "Real"dan Rafael Varane, PSJ-dən Marquinyos və "Atletik"dən Aymerik Laportenin transferini istəyib.
Fanat.az