Mourinyo 20 yaşlı gənci transfer edir

Mourinyo 20 yaşlı gənci transfer edir

Joze Mourinyo Lyuk Şounu "Mançester Yunayted"in hədəflərinə uyğun oyunçu saymır. Fanat.Az "The Sun"a (Ze San) istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis onun oynadığı mövqeyə - müdafiənin sol cinahına yeni gənc müdafiəçi transfer etmək istəyir.

"Qırmızı şeytanlar" bu yaz Şotlandiya yığmasında debüt edən Kiran Tirniyə elçi düşüb. İngilislər 20 yaşlı Tirninin klubu "Seltik"ə bu transferə görə 15 milyon funt-sterlinq ödəyəcək.

Qeyd edək ki, Kiran daha öncə London "Arsenal"ının maraq dairəsinə düşmüşdü.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər