"Atletiko"nun futbolçusu Alvaro Morata icarə əsasında "Yuventus"da çıxış edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.
27 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. "Yuventus" icarə üçün 9 milyon avro ödəyib.
Qeyd edək ki, Alvaro Morata 2014 - 2016-cı illərdə də "Yuventus"da çıxış edib. İspaniyalı forvard "Atletiko"ya 2019-cu ilin yanvarında İngiltərənin "Çelsi" klubundan icarə əsasında 7 milyon avroya keçib. 2020-ci ilin yayında isə Madrid təmsilçisi təcrübəli forvardı 56 milyon avroya alıb.
Ötən mövsüm Morata İspaniya La Liqasında 34 oyuna 12 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun "Atletiko" ilə müqaviləsi 2023-cü ilin yayınadəkdir.
Fanat.Az