"Real”ın portuqaliyalı ulduzu Kriştianu Ronaldo "Yuventus”la razılığa gəlib.
Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, bunu Turin təmsilçisinin sabiq baş direktoru Luçiano Mocci deyib.
Mocci Ronaldonun "ağ-qaralar”la anlaşdığını, hətta tərəflərin müqavilə bağladığını bildirib: "Ronaldo Münhendə "Yuventus” üçün tibbi müayinədən keçib. Ulduz futbolçuyla "Yuventus” saziş də imzalayıb”.
"Marca” nəşri isə "Real”ın prezidenti Florentino Peresin bu gün Ronaldonun meneceri Xorxe Mendeslə görüşəcəyini yazıb. 34 yaşlı oyunçunun keçidinin "kral klubu”na 100 milyon avro qazandırması gözlənilir.
Fanat.Az