Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

Minifutbol millimiz Avropa çempionatına hazırlıq məqsədilə Monteneqroda təşkil olunan beynəlxalq turnirdə qalib olub.

Fanat.Az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda turnir çərçivəsində final matçına çıxıb.  

Milli gərgin keçən oyunda rəqibini 5:4 hesabı ilə üstələyərək beynəlxalq turnirin qalibi olub.

Qeyd edək ki, yığmamız qrupdakı ilk oyunda dünya çempionu Rumınyaya 0:1 hesabı ilə məğlub olsa da, ikinci görüşdə Bosniya və Herseqovina seçməsinə 6:0 hesabı ilə qalib gəlib. Nəhayət, qrupdakı son matçda yerli Monteneqronu 4:2 üstələyən minifutbolçularımız finala yüksəlib.

Yarış Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır. Avropa çempionatı iyunun 1-dən 9-na qədər Sarayevo şəhərində baş tutacaq. Yarışın mükafatları uğrunda 24 komanda mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər