"Mingəçevir"dən 3 yeni transfer - ADLAR 

"Mingəçevir"dən 3 yeni transfer - ADLAR 

Birinci Divizionda növbəti mövsümə hazırlaşan "Mingəçevir" yeni oyunçularla anlaşıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, iyulun ilk yarısındakı seleksiya prosesindən sonra komandaya daha üç futbolçu qoşulub. 

Birinci Divizion təcrübəsi olan futbolçulardan Ruslan Voronsov son mövsümü MOİK-də keçirib. 26 yaşlı hücumçu bundan əvvəl "Ağsu", "Şəmkir", "Zaqatala", "Qaradağ Lökbatan", həmçinin, "Simurq" və "Larnaka" (Kipr) klublarında çıxış edib. O, çimərlik yığmasının üzvüdür.

"Mingəçevir"in anlaşdığı digər iki oyunçu isə 2001-ci il təvəllüdlüdür. Son mövsümü "Zaqatala"da keçirən Xəlil Bəşirov hücumçudur. Bundan başqa, "Qəbələ"nin yetirməsi olan, ötən çempionatda "Sabah"ın əvəzedici komandasında çıxış edən mərkəz müdafiəçisi Xəyal Muradov da "Mingəçevir"lə müqaviləni razılaşdırıb. Xəyal U17 və U-19 millilərinin sabiq oyunçusudur.

Qeyd edək ki, "Mingəçevir" bundan əvvəl Roman Hüseynovu sıralarına qatıb. 

Komanda növbəti mövsümün hazırlıqlarına avqustun 1-2-də başlamağı planlaşdırır.

Mirağa   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər