Portuqaliya millisinin baş məşqçisi Roberto Martines "Everton"un yarımmüdafiəçisi Amadu Onananı "Barselona"ya tövsiyə edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Sport" məlumat yayıb.
Xəbərə görə, 22 yaşlı futbolçu Avropa nəhənglərinin, o cümlədən "Barselona"nın transfer siyahısındadır.
Martines Kataloniya klubunu yarımmüdafiəçinin transferi ilə bağlı qərar verməyə çağırıb. Onun fikrincə, Onana "Barselona"nı ciddi şəkildə gücləndirəcək.
İspan çalışdırıcı “Everton”un oyunçusunu Belçika millisindən tanıyır. "Barselona" üçün problem Amadou Onanın qiyməti ola bilər: "Transfermarkt" portalı belçikalı futbolçunu 50 milyon avroya qiymətləndirir. Lakin "Everton" çox güman ki, ulduzu üçün daha böyük məbləğ istəyəcək.