Millinin hücumçusu "Yuventus"dan kənarlaşdırıldı - SƏBƏB

Millinin hücumçusu "Yuventus"dan kənarlaşdırıldı - SƏBƏB

"Yuventus"un hücumçusu Moyze Kin komandanın heyətindən uzaqlaşdırılıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Goal" yayıb.

Xəbərə görə, 22 yaşlı Kin oyunlardan birinə gecikdiyi üçün cəzalandırılıb. Mənbə müqavilə ilə "Everton"a məxsus olan futbolçunun hansı müddətə heyətdən kənarlaşdırıldığının bilinmədiyini vurğulayıb.

Qeyd edək ki, 2018-ci ildən İtaliya millisinə çağırılan Moyze Kin yığmanın forması ilə 12 matça çıxaraq 4 qol vurub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər