Roberto Martines Belçika millisindəki işini davam etdirəcək.
Fanat.Az "qırmızı şeytanlar"ın tvitter hesabına istinadən xəbər verir ki, baş məşqçinin müqaviləsi 2022-ci ilə kimi uzadılıb. Beləliklə, Martines Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatında da komandanın başında olmaq şansı əldə edib.
İspan mütəxəssis 2016-cı ildən Belçika yığmasını çalışdırır. Komanda onun rəhbərliyi altında 2018-ci il dünya çempionatının bürünc medalını qazanmışdı.
Fanat.Az