Millimizin üzvü Türkiyə Super Liqasında - 3 illik müqavilə

Millimizin üzvü Türkiyə Super Liqasında - 3 illik müqavilə
U-21 millimizin üzvü Serkan Baloğlu karyerasını Türkiyədə davam etdirəcək. Fanat.Az xəbər verir ki, “Ştutqart”ın ikinci komandasında top qovan futbolçunun Super Liqa klubu “Kayserispor”la apardığı danışıqlar müsbət yekunlaşıb.Türkiyə mətbuatı Baloğlunun yeni klubu ilə 3 illik müqavilə imzaladığını yazıb.  Qeyd edək ki, Serkan 3 matçda U-21 yığmamızın formasını geyinib. O, ötən mövsüm “Ştutqart”ın ikinci komandasında 12 oyuna çıxıb. Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər