Milli komandamızın üzvü Cihan Özkara yeni müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, 22 yaşlı hücumçu "Sivasspor"la sözləşməsinin müddətini artırıb.
Cihanın müqaviləsi mayın 31-də başa çatıb. Yeni anlaşmaya əsasən o, qarşıdakı iki mövsümdə də Sivas təmsilçisinin uğurları üçün tər tökəcək.
Qeyd edək ki, Cihan ötən mövsüm "Sivasspor"un heyətində 23 rəsmi oyuna çıxıb, 647 dəqiqə oynayıb və 2 qol vurub. Hücumçumuz hər iki qoluna kubokda imza atıb. O, "Bursaspor" və "Bucak Bələdiyyəsi Oğuzhanspor"la oyunlarda fərqlənib.
Fanat.az