Millimizin üzvü "fərqləndi", "Barselona"ya uduzdu

Millimizin üzvü "fərqləndi", "Barselona"ya uduzdu

İspaniya La Liqasında IX turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi "Eybar" "Barselona"nın qonağı olub. 

Futbolçumuzun komandası bu görüşdən 1:3 hesablı məğlubiyyətlə ayrılıb. İsrafilov matçın 46-cı dəqiqəsindən etibarən meydana çıxıb. O, 90-cı dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, "Eybar" hazırda 13 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər