Portuqaliya 2-ci liqasında XIX tura start verilib.
Fanat.Az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Budaq Nəsirovun çıxış etdiyi “Sportinq”in B komandası səfərdə "Benfika"nın B komandası ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
Nəsirov 64-cü dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, "Sportinq"in B komandası ikinci liqada 25 xalla 9-cu pillədə qərarlaşıb.
Fanat.Az