Çempionlar Liqasında çıxış edən klubların 19 yaşadək futbolçuları arasında təşkil olunan UEFA Gənclər Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Rusiyanın "Zenit" klubu Madrid "Atletiko"sunu qəbul edib.
İspanlar Sank-Peterburqdan qələbə ilə dönüb - 4:3. 19 yaşadək futbolçulardan ibarət yığmamızın "Zenit"də çıxış edən üzvü Elvin Bədəlov matçın iştirakçısı olmayıb. Futbolçumuzun adı "18-liy"ə salınsa da, meydana çıxmayıb.
Fanat.az