Millimizin üzvü "Anderlext"ə transfer olundu

Millimizin üzvü "Anderlext"ə transfer olundu

Azərbaycan millisinin üzvü Rafael Vilela karyerasını Belçika çempionu “Anderlext”də davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, 30 yaşlı futzalçı ilə 1 illik müqavilə imzalanıb. 

Hücumçu son mövsümü Rusiyanın “Tümen” komandasında keçirib.

Qeyd edək ki, “Anderlext”də Azərbaycan millisinin daha bir üzvü – Eduardo Borges də çıxış edir. Sözügedən komanda mayda UEFA Çempionlar Liqasının “Dördlər finalı”nda iştirak edib. Növbəti dəfə Belçika çempionu olan “Anderlext” 2023-24-cü il mövsümündə də Çempionlar Liqasında Belçikanı təmsil edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər