Millimizin üzvü alman klubu ilə müqavilə imzaladı

Millimizin üzvü alman klubu ilə müqavilə imzaladı

Almaniyanın “Aue” klubu millimizin üzvü Dmitri Nazarovla müqaviləni yeniləyib. 

Bu barədə klubunun rəsmi "Tvitter" səhifəsi xəbər yayıb. 27 yaşlı yarımmüdafiəçinin müqavilə müddətinin 2021-ci ilin iyununa qədər olduğu bildirilir.

Nazarovun II Bundesliqa təmsilçisi ilə əvvəlki müqaviləsi 2018-ci ilin yayına qədər idi. 

Qeyd edək ki, Nazarov ötən mövsüm "Aue"nin heyətində 9 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər