Dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində yoldaşlıq oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, ötən gecə daha bir neçə belə görüş baş tutub.
AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Belçika yığması Almaniya yığması ilə qarşılaşıb. Millimizin rəqibi beş qolun qeydə alındığı bu oyundan qalib ayrılıb.
Argentina yığması Kurasao ilə görüşdə 7 cavabsız qola sevinibsə, Uruqvay millisi də Cənubi Koreyadan güclü olub. Son dünya çempionunun heyətində Lionel Messi het-trik müəllifi olub.
Yoxlama oyunları 28 mart
Avstraliya – Ekvador 1:2 Banqladeş – Seyşel 0:1 Yaponiya – Kolumbiya 1:2 Cənubi Koreya – Uruqvay 1:2 Nepal - Butan 1:1 Qırğızıstan – Hindistan 0:2 İndoneziya – Burundi 2:2 Malayziya – Honq Konq 2:0 Ermənistan – Kipr 2:2 İran – Keniya 2:1 BƏƏ – Tailand 2:0 Özbəkistan – Venesuela 1:1 İordaniya – Filippin 4:0 Suriya – Bəhreyn 0:1 Almaniya – Belçika 2:3 Küveyt – Tacikistan 2:1 Səudiyyə Ərəbistanı – Boliviya Mərakeş – Peru 0:0 Argentina – Kurasao 7:0