"Sumqayıt"ın "Şahdağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyevi baxışa dəvət etməsi barədə məlumat vermişdik. Gənc qolkiper baş məşqçi Aqil Məmmədov tərəfindən bəyənilmişdi.
Fanat.az xəbər verir ki, artıq "Sumqayıt" 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü ilə müqavilə bağlayıb. 1994-cü il təvəllüdlü Məhəmmədəliyevlə 2,5 illik müqavilə imzalanıb. Qolkiper "Sumqayıt"da 63 nömrəli formanı geyinəcək.
Fanat.az