Millimizin futbolçusu “Başakşəhər”lə müqavilə bağladı

Millimizin futbolçusu “Başakşəhər”lə müqavilə bağladı
"Başakşəhər” klubu 19 yaşadək futbolçulardan ibarət millimizin futbolçusu Serhan Üres ilə müqavilə bağlayıb.
 
Fanat.Az xəbər verir ki, Superliqa təmsilçisi 2002-ci il təvəllüdlü yarımmüdafiəçi ilə peşəkar sözləşməyə imza atıb.
Üresin sentyabrın 24-dən 30-dək Bakıda keçirilən təlim-məşq toplanışında ilk dəfə Azərbaycanın U-19 yığmasında iştirak edib.
Qeyd edək ki, "Başakşəhər” ötən mövsüm Türkiyə Superliqasının çempionu olub.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər