Almaniya futbolunun son dövrlərdə yetişdirdiyi ən önəmli oyunçulardan olan Tomas Hitzlsperger karyerasını bitirib. Fanat.az xəbər verir ki, ulduz futbolçunun 31 yaşında yaşıl meydanlarla vidalaşmasına səbəb zədə olub.
Aldığı ciddi zədələr səbəbindən bir müddətdi oynamayan Hitzlsperger "artıq bir neçə gündü bir daha futbol oynaya bilməyəcəyimə əminəm. Ona görə də çətin qərarı verdim" deyib.
Qeyd edək ki, karyerası ərzində "Aston Villa", "Çesterfield", "Ştutqart", "Latsio", "Vest Hem" və "Volfsburq"un formasını geyinən Hitzlspergerin son iş yeri İngiltərə "Everton"u olub. O, 2004-2010-cu illərdə çıxış etdiyi Almaniya millisində 52 oyun keçirərək 6 qola imza atıb.
Fanat.az