Milli komandamıza Türkiyədən 5, Almaniyadan 2 futbolçu çağırıldı

Milli komandamıza Türkiyədən 5, Almaniyadan 2 futbolçu çağırıldı
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Fanat.Az xəbər verir ki, hazırlıq prosesi Bakıda baş tutacaq.
Yığmamız  martın 15-dən 18-dək məşq edəcək. Toplanışa 20 futbolçu dəvət olunub. Onlardan 5-i Türkiyə, 2-si Almaniya klublarında çıxış edir.
Avropa çempionatının elit-raunduna hazırlaşan yığmanın məşqlərində Beyzanur Aslan ("Antalyaspor”, Türkiyə), Nərgiz Əliyeva, Nigar Mirzəliyeva, Coşqunə Əliyeva (hamısı "Baku City”), Birgul Çelik ("Çərkəzköy 1923 Spor”, Türkiyə), Ləman Niftəliyeva, Alina Nəhmədova, Ümnisə Əliyeva (hamısı "Fidan”), Dilara Soley Deli ("Qutersloh”, Almaniya), Gizem Arık ("Kanalboyu Nilüferspor”, Türkiyə), Melis Ersoy ("Karabuk Gənclikspor”, Türkiyə), Neslihan Bozkaya ("Kəmər”, Türkiyə), Lamiyə Qurbanova, Anna Abulaşvili (hər ikisi "Qəbələ”), Seval Cakan ("Essen-Şonebek”, Almaniya), Elvira Əsgərzədə, Minarə Gözəlova, Sona Rəhimova, Aytac Nemətova və Lamiyə Əlizadə  (hamısı "Təhsil”) iştirak edəcək.
Qeyd edək ki, Siyasət Əsgərovun yetirmələri martın 22-28-də baş tutacaq elit-raundda Almaniya, İrlandioya və İslandiya ilə mübarizə aparacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər