UEFA milli komandalar arasında keçirilən yoxlama oyunlarına marağı artırmaq məqsədi ilə yeni turnir keçirmək barədə düşünür. Fanat.az xəbər verir ki, kommersiya xarakterli bu yarışın Millətlər Liqası adlandırılması nəzərdə tutulur.
Məlumata görə, artıq layihə hazır olsa da, 2016-cı ildən sonra həyata keçiriləcək. Komandalar reytinqlərə uyğun olaraq divizionlara bölünəcək. Hər divizionun ən yaxşısı növbəti mövsüm daha yuxarı diviziona yüksələcək, sonuncusu isə aşağı diviziona düşəcək.
FİFA-nın son reytinqinə əsasən, Azərbaycan millisi gücünə görə 4-cü olan D divizionunda yer alacaq. Təbii ki, 2016-cı ilədək bu qrupların sayı, onların hərəsində neçə komandanın olması və tərkibi dəyişəcək. Amma indiki variantda A və B divizionlarında 8, C və D divizionlarında 16 komanda yarışması nəzərdə tutulub. Ən zəif 6 komanda isə sonuncu dəstədə qərarlaşıb.
A qrupu: İspaniya, Almaniya, İtaliya, Belçika, Hollandiya, Xorvatiya, Portuqaliya, Yunanıstan
B qrupu: İsveçrə, Rusiya, İngiltərə, Bosniya və Hersoqovina, İsveç, Danimarka, Fransa, Ukrayna
C qrupu: Monteneqro, Sloveniya, Macarıstan, Rumıniya, Çexiya, Norveç, Serbiya, Albaniya, Avstriya, Türkiyə, Uels, İslandiya, Ermənistan, Finlandiya, İrlandiya, Slovakiya
D qrupu: Şotlandiya, Bolqarıstan, Polşa, İsrail, Makedoniya, Belarus, Şimali İrlandiya, Estoniya, Gürcüstan, Azərbaycan, Litva, Latviya, Lüksemburq, Moldova, Qazaxıstan, Kipr
E qrupu: Malta, Lixtenşteyn, Farer adaları, Andorra, San Marino, Cəbəlüttariq.