Çili ilə yoxlama oyunu keçirəcək Almaniya yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Yoahim Löv martın 5-də baş tutacaq qarşılaşma üçün 21 futbolçuya dəvət göndərib.
Baş məşqçinin siyahısında 4 yeni futbolçu var. Belə ki, Löv "Frayburq"dan Mattias Ginteri, "Hamburq"dan Pierre-Mişel Lasoqqanı, "Auqsburq"dan Andre Hahnı və "Sampdoria"dan Şkodran Mustafini ilk dəfə milliyə dəvət edib.
Qapıçılar: Manuel Neuer (Bavariya), Roman Veydenfeller (Borussiya Dortmund).
Müdafiəçilər: Filip Lam, Jerome Boatenq (ikisi də "Bavariya"), Kevin Qrobkreuts, Marsel Şmelzer (ikisi də "Borussiya" Dortmund), Marsell Yansen (Hamburq), Mattias Ginter (Frayburq), Şkodran Mustafi (Sampdoriya, İtaliya), Per Mertesaker (Arsenal, İngiltərə).
Yarımmüdafiəçilər: Mario Götze, Toni Kroos, Bastian Şvaynşteyger (üçü də "Bavariya"), Lars Bender, Sidney Sam (ikisi də "Bayer"), Andre Hahn (Auqsburq), Məsut Özil, Lukas Podolski (ikisi də "Arsenal"), Andre Şkürrle (Çelsi, İngiltərə).
Hücumçular: Pierre-Mişel Lasoqqa (Hamburq), Miroslav Kloze (Latsio, İtaliya).
Fanat.az