Milinkoviç-Saviçin "Yuventus" arzusu

Milinkoviç-Saviçin "Yuventus" arzusu

"Latsio"nun yarımmüdafiəçisi Serqey Milinkoviç-Saviç karyerasını "Yuventus"da davam etdirmək istəyir. 

Fanat.Az xəbər verir ki, serbiyalı futbolçu Turin klubuna keçmək üçün bu yay komandasını tərk etmək fikrindədir.

Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. 

Onun "Latsio" ilə müqaviləsinin müddətinə hələ var. Lakin klubu Serqeyi 35 milyon avro qarşılığında buraxmağa hazırdır. 

Qeyd edək ki, Serbiya millisinin 28 yaşlı üzvü 2015-ci ildən "Latsio"da çıxış edir. 248 oyunda meydana çıxan Milinkoviç-Saviç 51 qola imza atıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər