Mikels bunu edən ikinci futbolçu oldu

Mikels bunu edən ikinci futbolçu oldu

Coy Lens Mikels Misli Premyer Liqasının 2025/2026 mövsümündə 15-ci qolunu vurub.

Fanat.Az xəbər verir ki, o, “Sabah”ın “Sumqayıt”la ev oyununda (3:1) fərqlənib.

Almaniyalı hücumçu Premyer Liqada 2-ci dəfə ən azı 15 qol səddini keçir. O, 2022/2024 mövsümündə 17 qola sevinib.

Qey edək ki, Mikels Azərbaycan çempionatları tarixində 2 fərqli mövsümdə 15 və ya daha çox qol vuran ikinci legioner olub. Ona qədər yalnız Bahodir Nasimov bunu bacarıb. Özbəkistanlı forvard “Neftçi”nin heyətində 2010/2011 mövsümündə 15, növbəti çempionatda 16 dəfə fərqlənib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər