Venesuela millisindəxoşagəlməzolay yaşanıb. Fanat.az-ın məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Çili yığması ilə oyuna çıxmağa hazırlaşan komandada kütləvi zəhərlənmə baş verib.
Düşərgədə səhhəti pisləşən20 oyunçuda mədə infeksiyası aşkarlanıb. Oyunçular gecə yatmadığına görə, ertəsi komanda məşqdə etməyib. Zəhərlənməyə hansı qidanın səbəb olduğu araşdırılır. Tibbi yardım alan futbolçuların ölüm təhlükəsi olmasa da, hazırlığın istənilən səviyyədə alınmayacağı bəllidi.
Qeyd edək ki, sentyabrın 6-da Çilinin qonağı olacaq Venesuela 4 gün sonra öz meydanında Peru ilə qarşılaşacaq.
Fanat.az