"Atletiko"nun prezidenti Enrike Sereso "Barselona"nın hücumçusu Antuan Qrizmannı yenidən öz komandalarında görmək istədiyini deyib.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" Seresonun söylədiklərini belə çatdırıb:
"Qrizmann böyük oyunçudur. Ümid edirəm ki, o, "Atletiko"ya qayıdacaq. Ancaq "Barselona"nın Antuanı satmaq istədiyini düşünmürəm. İstənilən komanda belə futbolçuya sahib olmaq istəyər. "Atletiko"da bir neçə unudulmaz mövsüm keçirib. Qrizmann elit futbolçudur, biz indi də onunla dostuq".
Atilla