Məsut Özil yenidən "Real"da? - Şok müqavilə

Məsut Özil yenidən "Real"da? - Şok müqavilə
Məsut Özilin "Real"dan "Arsenal"a keçidi ilə bağlı iki klub arasında imzalanmış müqavilə üzə çıxıb. Fanat.az xəbər verir ki, "Football Leaks"ın yayımladığı müqavilədə ilginc məqamlar diqqəti çəkir.
Ən diqqəti çəkən məqamlardan biri futbolçunun transfer haqqıdı. Belə ki, "Arsenal" Məsutu 50 milyon avroya transfer etdiyini açıqlamışdı. Amma müqavilədə "topçular"ın qarşı tərəfə 44 milyon avro ödədiyi məlum olub. Üstəlik "Arsenal" 6 mövsüm ərzində Çempionlar Liqasına hər dəfə vəsiqə qazananda "Real"a 1 milyon avro ödəyəcək.
Bundan başqa müqavilə "Real"ın Məsutu daim diqqətdə saxladığını deməyə əsas verir. Anlaşma şərtlərinə görə, İspaniyanın hər hansı bir klubu Məsut üçün "Arsenal"a təklif göndərən zaman 48 saat müddətində bu barədə "Real"a məlumat verməlidi. Madrid klubu bu təklifə bərabər və ya daha artıq bir təkliflə türk əsilli futbolçunu geri çağırmaq hüququna sahibdi. Təklif transfer pəncərəsinin son günündə edilsə, həmin gün "Real"a məlumat verilməlidi. 
Müqavilədəki daha bir diqqət çəkən məqam İspaniya klubları ilə bağlıdı. Belə ki, hər hansı bir ispan klubu Məsutu 50 milyon avrodan artıq məbləğə heyətinə qatsa, bunun 33 faizi "Real"ın hesabına köçürüləcək.
Qeyd edək ki, Məsut Özil "Real"da çıxış etdiyi 2010-2013-cü illərdə 159 oyunda 27 qol vurub. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər