Messinin qardaşı: "Barselona"ya qayıtsaq, Laportanı təpikləyəcəyik"

Messinin qardaşı: "Barselona"ya qayıtsaq, Laportanı təpikləyəcəyik"

Lionel Messinin qardaşı Matias ulduz futbolçunun “Barselona”ya mümkün qayıdışı ilə bağlı fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib: 

"Sport" qəzetində bir məqalə gördüm, orada belə yazılıb: “Messi “Barselona”ya qayıtmalıdır”. Ha-ha-ha. Biz "Barselona"ya qayıtmaq fikrində deyilik. Qayıtsaq, orada yaxşı təmizlik etmək lazım gələcək. İlk növbədə Xuan Laportanı təpikləyib kənara atacağıq".

Lionel Messi "Barselona"da 2003-cü ildən 2021-ci ilə qədər çıxış edib. O, 18 il ərzində kataloniyalılarla 10 dəfə İspaniya çempionu olub, 4 dəfə Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb, 7 dəfə İspaniya kubokunu qazanıb. Bu müddətdə Messi 10 dəfə İspaniya çempionatında mövsümün ən yaxşı oyunçusu seçilib və 22 dəfə La Liqanın bombardiri olub. Dünya çempionunun hesabında rekord sayda - 7 "Qızıl Top" var. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər