Messinin ilk müqavilə vərəqi hərraca çıxarıldı - İnanılmaz məbləğ

Messinin ilk müqavilə vərəqi hərraca çıxarıldı - İnanılmaz məbləğ

Lionel Messinin "Barselona" ilə imzaladığı ilk müqavilə kağızı hərraca çıxarılıb.

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, lotun start qiyməti 300 min funt sterlinqdir.

Hərrac 17 may tarixinə qədər davam edəcək.

Xatırladaq ki, Messi 2003-cü ildən Kataloniya təmsilçisinin uğurları üçün çalışıb. Leo "Barselona" ilə 10 dəfə İspaniya çempionu, 7 dəfə İspaniya Kubokunun, 4 dəfə Çempionlar Liqasının qalibi olub. O, 2021-ci ildə İspaniya nəhəngini tərk edərək azad agent qismində PSJ-yə qoşulub. Paris klubu ilə 2 Fransa çempionluğunu bayram edən superulduz Fransa Superkubokunu da başı üzərinə qaldırmağa imkan tapıb. 36 yaşlı Messi 2023-cü ilin yayından "İnter Mayami"nin formasının geyinir.

Nihat   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər