"Messinin "Barselona"nı tərk etməsindən qorxuram"

"Messinin "Barselona"nı tərk etməsindən qorxuram"
"Barselona"nın keçmiş prezidenti Joan Laporta kapitan Lionel Messinin komandanı tərk edə biləcəyini düşünür.
Fanat.Az Goal.com-a istinadən bildirir ki, Laporta açıqlamasında qeyd edib:
"Mən onun "Barselona"da qalmasını istəyirəm, amma qorxuram ki, rəhbərliyin səhv qərarları Leonun komandanı tərk etməsinə səbəb ola bilər. Bu, "BarsaQeyt" yox, "BartoQeyt"di ("Barselona"nın prezidenti Bartomeunu nəzərdə tutur - Fanat.Az).
Rəhbərliyin klubun statusunu riskə atması məni narahat edir. Xavinin yerində olsam, bu rəhbərliyin dönəmində kluba qayıtmazdım".
Messinin müqaviləsi 2021-ci ilin yayında bitir. Onun katalon klubundan ayrılacağına dair xəbərlər yayılıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər