“Messi özü haqqında düşünən oyunçudur, amma Ronaldo daha parlaqdır”

“Messi özü haqqında düşünən oyunçudur, amma Ronaldo daha parlaqdır”

Həm Ronaldonun, həm də Messinin iştirak etdiyi fərqli matçları idarə edən honduraslı hakim Said Martines maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Fanat.Az xəbər verir ki, AS ədalət sahibinin sözlərini belə çatdırır:

“Onlar tamamilə fərqli şəxsiyyətlərdir, amma hər ikisi əla oyunçudur. Birinin digərindən fərqləndiyini düşünmürəm. Messi bir az sakitdir. O, topla oynayan oyunçudur, öz oyununu hər şeydən çox sevir.

Ronaldo daha parlaq futbolçudur. Amma onları idarə etmək, şübhəsiz ki, hər kəsin sahib olmaq istədiyi bir imtiyazdır”.

Qeyd edək ki, Martines 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında və 2023-cü ildə Meksika ilə Panama arasında keçirilən Qızıl Kubokun finalında hakimlik edib.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər