"Messi yaxşı görünürdü, amma..." - Maurisio Poçettino

"Messi yaxşı görünürdü, amma..." - Maurisio Poçettino

PSJ-nin baş məşqçisi Maurisio Poçettino argentinalı superulduz Lionel Messinin debütünü dəyərləndirib. Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, mütəxəssis Fransa çempionatının 4-cü turu çərçivəsində "Reyms" üzərində qazandıqları səfər qələbəsindən (2:0) sonra belə danışıb: "Leo yaxşı görünürdü. Amma o, hələ optimal formasından çox uzaqdır. Milli matçlarla əlaqədar yaranacaq fasilənin ardından yüksək səviyyədə oyun sərgiləyəcəyinə inanıram".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər